Kilsəyə hücumda şübhəli bilinən 17 İŞİD üzvü saxlanılıb

Kilsəyə hücumda şübhəli bilinən 17 İŞİD üzvü saxlanılıb
  03 Fevral 2024    Oxunub:933
Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Mariya" kilsəsində bir nəfərin ölümü ilə nəticələnən silahlı hücumla əlaqəsi olmaqda şübhəli bilinən 17 İŞİD üzvü saxlanılıb.
AzVision.az bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.

Keçirilən əməliyyatda həmçinin, terror təşkilatı ilə əlaqəli çox sayda sənəd ələ keçirilib.

Xatırladaq ki, yanvarın 28-də İstanbulda yerləşən "Santa Mariya" kilsəsində bazar ibadəti zamanı silahlı hücum baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı həlak olub.

AzVision.az


Teqlər:





Xəbər lenti