Baş nazir: “Rumıniya Rusiya ilə müharibə etməyəcək”

      Baş nazir:    “Rumıniya Rusiya ilə müharibə etməyəcək”
  05 Fevral 2024    Oxunub:1067
Rumıniyanın baş naziri Marsel Çiolaku bildirib ki, ölkə Rusiya da daxil olmaqla heç bir ölkə ilə müharibə etməyəcək.
Bu barədə Rumıniya Nazirlər Kabinetinin rəhbəri Rumıniya Baş Qərargahının Rusiya ilə müharibə ilə bağlı bəyanatlarını şərh edərkən bildirib. “Gəlin sakit olaq, Rumıniya heç bir ölkə müharibəyə girməyəcək”, - Çiolaku vurğulayıb.

Bundan əvvəl Rumıniya Baş Qərargah rəisi general Qeorqits Vlad bildirib ki, Rumıniya hazırda Rusiya ilə müharibəyə hazır deyil, lakin Buxarest təhlükəni ciddi qəbul etməlidir.

Generalın sözlərinə görə, Rusiya Ukraynada qalib gəlsə, “əsas hədəf Moldova Respublikası olacaq”. Bundan əlavə, Qərbi Balkanlarda vəziyyət daha da pisləşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti