“Şolts Avropanın təhlükəsizliyində Rusiyanın rolunu qəbul edir”

“Şolts Avropanın təhlükəsizliyində Rusiyanın rolunu qəbul edir”
  05 Fevral 2024    Oxunub:970
Almaniya kansleri Olaf Şolts Ukrayna böhranı ilə bağlı mövqeyinə baxmayaraq, Rusiyanın Avropanın təhlükəsizliyi baxımından ən vacib dövlət olaraq qaldığını etiraf edib.
Bunu Bundestaqın Xristian Demokrat İttifaqının (CDU) üzvü Norbert Röttgen deyib. “Düşünürəm ki, Almaniya kansleri hələ də inanır ki, bütün baş verənlərə baxmayaraq, Rusiya Avropanın təhlükəsizliyi üçün Almaniya və Rusiya arasındakı bütün dövlətlərdən daha vacibdir və belə olaraq qalır”, - Röttgen vurğulayıb.

Deputat qeyd edib ki, Şolts Ukraynanın qalib gəlməli olduğunu demir, Kiyevin uduzmamasının vacibliyini bəyan edir. Röttgenin qiymətləndirməsində kanslerin siyasi düsturu hərbi dalandan ibarətdir.

AzVision.az


Teqlər:





Xəbər lenti