Obamanın reytinqi aşağı düşdü

Obamanın reytinqi aşağı düşdü
  24 İyun 2014    Oxunub:842
Son bir ayda ABŞ prezidenti Barak Obamanın yürütdüyü xarici siyasətdən narazı olanların sayı kəskin şəkildə artıb.
AzVision.az-ın məlumatına görə, “New York Times” və “CBS” telekanallarının birgə apardığı sorğuya əsasən hər 10 ABŞ vətəndaşından 6-ı Obamadan narazı olduğunu bildirib.

Sorğuya əsasən, ABŞ sakinlərinin 58 faizi Obamanın xarici siyasətini dəstəkləmir ki, bu da bir ay əvvəlki göstəricidən 10 faiz çoxdur. Bu ay ərzində ABŞ bir sıra xarici mübnaqişələrdə iştirak edib – Ukraynanın cənub-şərqində hökumətin hərbi əməliyyatlarını dəstəkləyib, Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti