Ebeko vulkanı 2 kilometr hündürlüyə kül püskürüb

Ebeko vulkanı 2 kilometr hündürlüyə kül püskürüb
  02 Fevral 2024    Oxunub:1016
Saxalin bölgəsində Ebeko vulkanında 2 kilometr hündürlüyədək kül püskürülməsi qeydə alınıb.
Bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, kül dumanı cənub-qərb istiqamətində 5 kilometrdən çox məsafəyə yayılıb.

Ebeko vulkanı Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. 2016-cı il noyabrın ortalarında aktivləşən vulkan yüksək püskürmə ehtimalı ilə artan fəallığa malikdir.

AzVision.az


Teqlər:





Xəbər lenti