Pentaqon rəhbəri istefaya getməyi planlaşdırmır

Pentaqon rəhbəri istefaya getməyi planlaşdırmır
  01 Fevral 2024    Oxunub:1130
Pentaqon rəhbəri Lloyd Ostin xərçəng diaqnozu qoyulmasından sonra xəstəxanaya yerləşdirilməsi ilə bağlı qalmaqala baxmayaraq, istefa vermək niyyətində deyil.
AzVision.az xəbər verir ki, bunu Ostin mətbuat konfransında onda aşkarlanan xəstəliyə görə vəzifəsini tərk etmə ehtimalını şərh edərkən deyib.

Ostin yanvarın 29-da xəstəxanada bir ay qaldıqdan sonra ilk iş gününə Pentaqonda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü ilə başlayıv. O, hələ də tam sağalmadığını bildirib.

Ötən il dekabrın sonunda Ostin prostat xərçəngini müalicə etmək üçün "minimal invaziv" əməliyyat keçirib və Yeni il günü sidik yollarının iltihabı və qarın boşluğunda mayenin yığılması səbəbindən iki həftə xəstəxanada qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti