Ryabkov: "Rusiya başqa ölkələrdə nüvə silahı yerləşdirməyi planlaşdırmır"

      Ryabkov:    "Rusiya başqa ölkələrdə nüvə silahı yerləşdirməyi planlaşdırmır"
  01 Fevral 2024    Oxunub:1133
Rusiya nüvə silahını Belarusdan başqa ölkələrdə yerləşdirmək niyyətində deyil.
AzVision.az xəbır verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Ryabkov mətbuat konfransında deyib.

Diplomat qeyd edib ki, Rusiya Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsində maksimum məsuliyyət nümayiş etdirir. “Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi ABŞ-ın rəhbərlik etdiyi Şimali Atlantika Alyansının getdikcə daha aqressiv və təhdid edən fəaliyyətinə, alyansın Rusiyaya strateji məğlubiyyət vermək siyasətinə, hərbi əməliyyatların genişləndirilməsinə qarşı mübarizə çərçivəsində həyata keçirilib. Bizimlə NATO arasında fərq böyükdür, biz maksimum məsuliyyət nümayiş etdiririk, ", - nazir müavini vurğulayıb.

Ryabkov izah edib ki, Moskva və Minsk bunu ümumi təhlükəsizlik məkanına malik vahid İttifaq dövləti çərçivəsində həyata keçirir. Lakin NATO-nun birgə nüvə missiyaları “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində özünü nüvəsiz elan etmiş” ölkələrin ərazisində və hava məkanında həyata keçirilir. “İndi Qərb qrupu və onların ABŞ timsalında liderləri ilk növbədə bu təcrübəni Asiya-Sakit Okean regionuna köçürmək istəyirlər”, o əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti