Zelenski: "Aİ liderlərinin qərarına minnətdaram"
"50 milyard avro yardımla bağlı qərar Ukrayna və Avropanın birlikdə tab gətirəcəyinə dair siqnaldır", - o deyib.
Ukrayna prezidenti həmçinin Avropanı ölkəsinə hərbi yardımı da artırmağa çağırıb.
"Təəssüf ki, Avropanın Ukraynaya bir milyon artilleriya mərmisi yardımı planının icrası ləngiyir. Bu gün Avropa Sülh Mexanizmi çərçivəsində Ukraynaya Yardım Fondunun yaradılması üçün birliyiniz çox əhəmiyyətlidir. Belə bir fond üzləşdiyimiz çətinliklərə qarşı etibarlı və uzunmüddətli dəstək növüdür. Fond üçün 4 il müddətinə illik 5 milyard avrodan az olmayaraq yardım ayrılması prioritetdir", - Zelenski vurğulayıb.
Firudin Həmidli
AzVision.az