Aİ ölkələri Ukraynaya 50 milyardlıq yardım paketi üzrə razılığa gəlib

   Aİ ölkələri Ukraynaya 50 milyardlıq yardım paketi üzrə razılığa gəlib
  01 Fevral 2024    Oxunub:1313
Avropa İttifaqına üzv ölkələrin liderləri Macarıstanın müqavimətini qıraraq, Ukraynaya 50 milyard avro yardım ayırmağa yekdilliklə razılaşıblar.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Şarl Mişel bəyanat yayıb.

"27 lider Aİ büdcəsi çərçivəsində Ukraynaya 50 milyard avroluq əlavə dəstək paketi barədə razılığa gəldi. Bu, Ukrayna üçün sabit, uzunmüddətli və lazımi maliyyələşdirməni təmin edir. Aİ Ukraynaya dəstək naminə rəhbərlik məsuliyyətini öz üzərinə götürür. Məsələnin əhəmiyyətini başa düşürük", - o deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avropa   Ukrayna   yardım  





Xəbər lenti