İtaliyanın müdafiə naziri: "Husi hücumları iqtisadiyyatımıza təhdiddir"

      İtaliyanın müdafiə naziri:    "Husi hücumları iqtisadiyyatımıza təhdiddir"
  01 Fevral 2024    Oxunub:810
"Qırmızı dənizdəki gərgin vəziyyət İtaliya iqtisadiyyatının sabitliyinə və Cənubi Avropadakı limanlara təhlükə yaradır".
AzVision.az xəbər verir ki, İtaliyanın müdafiə naziri Qvido Krozetto Yəməndə fəaliyyət göstərən husi terrorçularının Qırmızı dənizdə gəmilərə hücumlarını "ölkəsi üçün təhlükə" kimi dəyərləndirib.

Onun sözlərinə görə, Süveyş kanalı vasitəsilə ticarət dövriyyəsi İtaliyanın ümumi dəniz ticarətinin təxminən 40%-ni təşkil edir ki, bu göstərici 2023-cü ilin son həftəsində 38% azalıb. Regionda əməliyyatlar həmçinin naviqasiya vaxtını 10-12 gün və ümumi xərcləri təxminən 5 dəfə artırıb.

Nazir bildirib ki, "müşahidə və məlumatların toplanması üçün bölgəyə təyyarə göndərməyi düşünürlər".

Firudin Həmidli
AzVision.az


Teqlər: İtaliya   iqtisadiyyat   husilər  





Xəbər lenti