Kobaxidzenin Baş nazirlik postuna namizədliyi irəli sürüldü

 Kobaxidzenin Baş nazirlik postuna namizədliyi irəli sürüldü
  01 Fevral 2024    Oxunub:995
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının hazırkı sədri İrakli Kobaxidzenin ölkənin baş naziri postuna namizədliyi irəli sürülüb.
AzVision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, Kobaxidzenin namizədliyi partiyasının fevralın 1-də keçirilən qurultayında irəli sürülüb.

Gürcüstan hökumətinin başçısı postu İrakli Qaribaşvilinin istefa verməsi və hakim partiyanın sədri olmaq niyyətini elan etməsindən sonra boş qalıb. Beləliklə, Qaribaşvili və Kobaxidze faktiki olaraq öz mövqelərini dəyişiblər.

İrakli Kobaxidzenin 46 yaşı var, təhsili hüquqşünasdır. 2021-ci ilin yanvarından “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədridir. Bundan əvvəl o, hakim komandanın məsul katibi olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti