"Zelenski həqiqətən Zalujnını çıxarmağa çalışıb" - Bild

   "Zelenski həqiqətən Zalujnını çıxarmağa çalışıb" -    Bild
  01 Fevral 2024    Oxunub:1103
Ukrayna prezidenti Volodimir Zelenski həqiqətən də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən uzaqlaşdırmaq istəyib. Lakin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Silahlı Qüvvələrin Quru Qoşunlarının komandanı Aleksandr Sırski buna qarşı çıxıb.
AzVision.az xəbər verir juz bu barədə "Bild" nəşri yazıb.

Avropa Şurasının Xarici Əlaqələr üzrə mərkəzində olan hərbi analitik Qustav Qressel hesab edir ki, Zelenski Aleksandr Sirskini yeni baş komandan etmək istəyirdi, çünki “o, prezidentə daha sadiqdir”.

Onun fikrincə, Zelenski 2023-cü ilin yayında Baxmutu saxlamaqda israr edib. Zalujnı bunun əleyhinə olub, çünki hərbi nöqteyi-nəzərdən bunun mənası yox idi.

Bundan əlavə, Bild yazır ki, Zalujnı bir neçə həftə əvvəl qoşunları Avdiivkadan çıxarmaq istəyib, lakin Zelenski bundan imtina edib və dekabrın 30-da Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə dəstək vermək üçün şəxsən şəhərə cəbhə xəttinə gedib.

Həmçinin adının açıqlanmasını istəməyən ukraynalı zabitlərdən biri Bild-ə deyib ki, Ukraynada hakimiyyət uğrunda mübarizə mürəkkəb və uzun hekayədir, ümumi vəziyyətə mənfi təsir göstərir.

Hərbi ekspert Niko Lange isə öz növbəsində hesab edir ki, bu qalmaqaldan sonra Zelenski və Zalujnı birlikdə görünməli və “debatlara son qoymalıdırlar”.

Xatırladaq ki, CNN telekanalı mənbələrə istinadən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının yanvarın 29-da Prezident Aparatına çağırılaraq vəzifəsindən azad edilməsi barədə məlumat verildiyini bildirib.

Hələlik rəsmi açıqlama verilmədiyi, lakin həftənin sonuna kimi prezidentin bununla bağlı sərəncamının veriləcəyi bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti