Rusiya İstintaq Komitəsi: "İl-76 Patriot kompleksindən vurulub"

    Rusiya İstintaq Komitəsi:    "İl-76 Patriot kompleksindən vurulub"
  01 Fevral 2024    Oxunub:935
İstintaq nəticəsində müəyyən edilib ki, Belqorod vilayətində İl-76 təyyarəsi Amerikanın “Patriot” zenit-raket kompleksindən iki raketlə vurulub və onların 116 elementi aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

İstintaq zamanı aparılmış ekspertizanın rəyinə əsasən, hadisə yerindən götürülmüş fraqmentlər konstruksiya, həndəsi xüsusiyyətlərinə və mövcud nişanlarına görə "Raytheon" və "Hughes" korporasiyaları tərəfindən hazırlanan və "Raytheon"da istehsal edilən Amerika "Patriot" kompleksinin struktur elementləridir", - məlumatda deyilir.

Həmçinin müəyyən edilib ki, təyyarə Ukraynanın Xarkov vilayətinin Liptsy rayonundan iki raketlə vurulub. "Hadisə yerinə baxış zamanı təyyarənin hücumu olduğu ehtimal edilən yerdən 1,8 km şimal-şərq və 4,8 km cənub-şərqdə ingilis dilində yazıları və işarələri olan iki raketin gövdəsi və mexanizmlərinin 116 fraqmenti aşkar edilib", - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti