"Deutsche Bank" 3500 nəfəri işdən çıxaracaq

   "Deutsche Bank" 3500 nəfəri işdən çıxaracaq
  01 Fevral 2024    Oxunub:1070
2023-cü ildə xalis mənfəəti ötən illə müqayisədə 14% azalaraq 4,9 milyarda düşən "Deutsche Bank" işçilərinin ixtisarını planlaşdırır.
AzVision.az xəbər verir ki, Almaniyanın ən böyük banklarından biri "Deutsche Bank" keçən ilin 4-cü rübünü xalis mənfəətində 30% itki ilə başa vurub.

Mərkəzi filialı Frankfurt şəhərində yerləşən bankın ümumilikdə 90 min işçisi var. "Xərclərin azaldılması" üçün nəzərdə tutulan ixtisar əsasən idarə, mühasibatlıq, əməliyyatlar və digər xidmət departamentlərində çalışanlara şamil ediləcək.

Qeyd edək ki, Almaniya Federal Maliyyə Nəzarəti Təşkilatı (BaFin) ötən günlərdə yaydığı hesabatında ölkədə daşınmaz əmlak və kredit böhranının ağırlaşması səbəbindən cari ildə bankların xalis mənfəət sarıdan "uğurlu nəticə göstərməyəcəyini" bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   bank   iqtisadiyyat  





Xəbər lenti