ABŞ İsrail-HƏMAS danışıqlarını qiymətləndirib

ABŞ İsrail-HƏMAS danışıqlarını qiymətləndirib
  01 Fevral 2024    Oxunub:868
Amerika Birləşmiş Ştatlar hesab edir ki, Fələstinin Həmas hərəkatı ilə İsrail arasında danışıqların hələ ilkin mərhələdə olmasına baxmayaraq, real uğur şansı var.
Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Potensial razılaşmanın Qəzzada təxminən dörd aydır davam edən zorakılığa son qoymaq üçün ən böyük şansı təqdim etdiyi qeyd edilir.

“Adının açıqlanmasını istəməyən şəxslər danışıqların hələ ilkin mərhələdə olduğunu və yaxın günlərdə irəliləyişin gözlənilməyəcəyini bildiriblər. Buna baxmayaraq, onlar oktyabrın 7-də müharibə başlayandan bəri ən uzun fasilə və girovların azad edilməsini nəzərdə tutan təklifin real uğur şansının olduğunu bildiriblər”, - məlumatda bildirilib.


AzVision.az


Teqlər:





Xəbər lenti