FTB rəhbəri ABŞ-ı Çinlə bağlı xəbərdar etdi

   FTB rəhbəri ABŞ-ı Çinlə bağlı xəbərdar etdi
  01 Fevral 2024    Oxunub:854
Federal Tədqiqat Bürosunun direktoru Kristofer Rey ABŞ qanunvericilərinə xəbərdarlıq edib ki, çinli hakerlər ölkə vətəndaşlarına ciddi ziyan vurmağa hazırlaşırlar.
K. Rey bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında deyib. “Çin hakerlərinin kritik infrastrukturumuzu - su təmizləyici qurğularımızı, elektrik şəbəkəmizi, neft və qaz kəmərlərimizi, nəqliyyat sistemlərimizi hədəf almasına ictimai diqqət çox azdır. Hər bir amerikalının yaratdığı risk indi bizim diqqətimizi tələb edir”.

Onun fikrincə, çinli hakerlər Amerikanın infrastrukturunu hədəfə alır, ABŞ-a qarşı təxribat törətməyə və real ziyan vurmağa hazırlaşır. O həmçinin Nümayəndələr Palatasına xəbərdarlıq edib ki, ABŞ-ın iqtisadi təhlükəsizliyi Çin hakerləri tərəfindən risk altındadır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti