Leninqrad uşaqlarının abidəsini təhqir edən erməni düşmənçilikdə ittiham edilir

   Leninqrad uşaqlarının abidəsini təhqir edən erməni düşmənçilikdə ittiham edilir
  01 Fevral 2024    Oxunub:1236
Ermənistanın paytaxtında mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edən İrəvan sakini düşmənçilik və nifrət yaratmaqda ittiham edilib.
İrəvanda Leninqrad uşaqlarına ucaldılmış abidə təhqir edilib
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İrəvan sakini Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılması və ya təbliğinə yönəlmiş açıq çıxış) ilə ittiham olunub.

Qeyd edək ki, dünən Ermənistan Daxili İşlər Nazirliyi İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edən şəxsi saxlayıb və İstintaq Komitəsinə təhvil verib. Yanvarın 30-da TikTok sosial şəbəkəsində sosial şəbəkə istifadəçisi Samvel Şirinyanın Rusiya Federasiyasının bayrağını bildirən lentləri cırıb tapdaladığı, çələngləri aşırdığı və Rusiya Federasiyasına qarşı təhqiramiz ifadələr işlətdiyi səs yazısı yayılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:   İrəvan   Leninqrad  





Xəbər lenti