Lavrovla Sarkisyanın Qarabağ müzakirəsi

Lavrovla Sarkisyanın Qarabağ müzakirəsi
  24 İyun 2014    Oxunub:906
Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Görüş zamanı Dağlıq Qarabağ məsələsi də daxil olmaqla bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilib. Sarkisyan bilidirb ki, əvvəlki səfərlər olduğu Lavrovun bu səfərinin də ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfə verəcək.

Lavrovda öz növbəsində qəbula görə Ermənistan prezidentinə öz təşəkkürünü bildirib. O, Sarkisyana bildirib ki, erməni həmkarı ilə görüşü zamanı Ermənistan-Rusiya münasibətləri müzakirə edilib, həm ikitərəfli həm də beynəlxalq təşkilatlar daxilində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti