Laçın aeroportunun tikintisi üçün idxal olunan mallar daha 1 il gömrük rüsumundan azad edilib
Bu güzəşt 2024-cü il yanvarın 1-dək qüvvədə idi.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Qeyd edək ki, hazırda işğaldan azad olunan ərazilərdə Füzuli və Zəngilan hava limanları tikilərək istifadəyə verilib.
Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin isə 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.
Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
AzVision.az
Teqlər: