İran 28 ölkə ilə viza rejimini ləğv edir

İran 28 ölkə ilə viza rejimini ləğv edir
  31 Yanvar 2024    Oxunub:1158
İran İslam Respublikası bir çox ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv edəcək .
Bu barədə xarici işlər nazirinin müavini Əlireza Bigdeli İRNA agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, İrana turizm məqsədi ilə səfər edən 28 ölkənin vətəndaşları üçün 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmayacaq.

Bu ölkələr sırasına Belarus, Qətər, Qırğızıstan, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Yaponiya da daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti