Şəmkirdə yanğın zamanı bir neçə mağaza və obyektə zərər dəyib - YENİLƏNİB - 3

 Şəmkirdə yanğın zamanı bir neçə mağaza və obyektə zərər dəyib -  YENİLƏNİB - 3
  27 Yanvar 2024    Oxunub:1816
Şəmkirdə mağaza və obyektlərdə baş vermiş yanğının səbəbləri araşdırılır.
Şəmkir şəhəri, 20 yanvar küçəsində baş vermiş yanğın nəticəsində, ümumilikdə 8 mağaza və obyektə zərər dəyib. Bunlardan ikisi bazar ərazisində, digər altısı isə bazara yaxın yerdə fəaliyyət göstərən mağaza və obyektlərdir.

Yanğın zamanı 130 kvadratmetr ərazi yanıb, mağaza və obyekt sahiblərinə zərər dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

* * *

18:12
Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

* * *

18:01
Şəmkir rayonunda mağazada baş verən yanğın digər dükanlara da keçib.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

* * *

17:35.
Şəmkir şəhəri, 20 Yanvar küçəsində bazar ərazisində yanğın başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

FHN-nin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

AzVision.az


Teqlər: bazar   yanğın  





Xəbər lenti