Abdullahiyan və Lavrov Nyu-Yorkda görüşüblər
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qəzza xalqının müqaviməti nəticəsində İsrailin öz məqsədlərinə çata bilmədiyini vurğulayaraq, "sionist rejimin Suriya və Livana son hücumlarını dünya ictimaiyyətinin diqqətini bu uğursuzluqdan yayındırmaq cəhdi kimi" qiymətləndirib.
O həmçinin Rusiya ilə ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu dilə gətirərək, Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Tehrana səfəri çərçivəsində iki ölkə arasında genişmiqyaslı strateji əməkdaşlıq sazişinin imzalanacağına ümid etdiyini bildirib.
Rusiya XİN rəhbəri Sergey Lavrov da ikitərəfli danışıqlardan məmnunluğunu diqqətə çatdırıb və əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Firudin Həmidli
AzVision.az