Xarici KİV təbii fəlakətin insanlar arasında təşviş yaratdığını yazıb. Mədinə adlı Almatı sakini
Qazeta.Ru-ya açıqlamasında deyib ki, çərşənbə axşamı gecə baş verən zəlzələ zamanı insanlar sadəcə başmaq və pijama ilə küçəyə qaçmalı olublar. Ailələr uşaqları sadəcə ədyala bürüyərək qaçıblar.
Qadının sözlərinə görə, bu zəlzələ 90-cı illərdən bəri ən güclü yeraltı təkan olub: "Mən o anlarda dəhşətli dərəcəd şok keçirirdim. Əvvəl elə bildim ki, sadəcə çarpayım silkələnir. Sonra gördüm ki, çilçıraqlar da titrəyir. Valideynlərimi oyatmağa getdim. Atamın əlindən tutub dedim ki, “zəlzələ baş verir”. Biz bütün müqəddəslərə dua etməyə başladıq. Məncə zəlzələ 10 dəqiqə davam etdi, amma onun effekti tam bir saat hiss olundu. Artıq beynimdə bütün pis fikirlər dolanmağa başlamışdı. Mən Türkiyə və Yaponiyadakı olayları xatırlamağa başladım".
Tural Tağıyev
AzVision.az