Fransa XİN: İsraillilərə sanksiya tətbiq edilsin

       Fransa XİN:   İsraillilərə sanksiya tətbiq edilsin
  22 Yanvar 2024    Oxunub:1054
Fransa Xarici İşlər Nazirliyi Avropa İttifaqının İordan çayının qərb sahilinin yəhudi sakinlərinə qarşı sanksiyalar tətbiq edəcəyini gözləyir.

Bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib. "Ümid edirəm ki, sanksiyalar yaxın günlərdə təsdiqlənəcək"-deyə, nazir əlavə edib.

Fransanın yeni xarici işlər naziri vurğylayıb ki, o, əvvəllər Fələstinin HƏMAS hərəkatına qarşı sanksiyaların tətbiqini təsdiqləyib və həmçinin yerli sakinlərə yardımın çatdırılması üçün Qəzza zolağında atəşkəsin vacibliyini bildirib.

Sejurne onu da qeyd edib ki, Paris Fələstin-İsrail münaqişəsinin iki dövlətin yaradılması əsasında həlli düsturunun tərəfdarıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti