Aİ Ukraynaya hərbi yardım üçün yeni plan hazırladı

Aİ Ukraynaya hərbi yardım üçün yeni plan hazırladı
  22 Yanvar 2024    Oxunub:974
İ
Avropa Xarici Fəaliyyət Xidməti Kiyevə dəyəri 20 milyard avrodan çox olan hərbi yardımın yeni metodunu işləyib hazırlayıb.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Bildirilir ki, Avropa planı dörd il ərzində Ukraynaya ayıracaqları “on milyardlarla avro” hərbi yardım müqabilində Aİ üzv ölkələrinə 20 milyard avrodan çox vəsaitin qaytarılmasını nəzərdə tutur. Aİ 2022-ci ildə yaradılmış Avropa Sülh Fondundan təxminən 6,5 milyard avro cəlb edəcək və 2024-cü ildən 2027-ci ilə qədər hər il 5 milyard avroya qədər vəsait alacaq bir fond yaratmağa hazırlaşır.

Bu fondun vəsaiti Aİ ölkələrinin silah alışı ilə bağlı xərclərini kompensasiya etmək, həmçinin Ukraynadan olan hərbi qulluqçuların hərbi təlim proqramının xərclərini ödəmək üçün istifadə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti