Qəzzada girovlarla bağlı danışıqlar dalana dirənib
Bu barədə NBC News adı açıqlanmayan diplomata istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, danışıqlar aparan tərəflər girovların azad edilməsi üçün “bəzi mexanizmlər” üzərində razılaşıblar, lakin İsrailin mövqeyi razılaşmanın bağlanmasına mane olur.
Razılaşmanın bir aydan çox müddətə hərbi əməliyyatların dayandırılmasını, fələstinli məhbusların müqabilində girovların mərhələli şəkildə azad edilməsini nəzərdə tutacağı gözlənilir.
Yanvarın 20-də HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk bəyan edib ki, Fələstin hərəkatı hərbi əsirləri saxlamaq istəmir və onların mübadiləsi ilə bağlı yeni sazişin tərfdarıdır.
AzVision.az
Teqlər: