“Ordubad” gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb
Gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarlarda lazımi işlər görülüb.
Təmir işləri başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb.
Qeyd edək ki, uzunluğu 154,55, eni 18,3 metr olan “Ordubad” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.
AzVision.az
Teqlər: