"İsrail HƏMAS-ın yaradılmasını maliyyələşdirib" - Borrell

   "İsrail HƏMAS-ın yaradılmasını maliyyələşdirib" -    Borrell
  20 Yanvar 2024    Oxunub:1234
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel İsraili Fələstinin HƏMAS terror qruplaşmasının yaradılmasını maliyyələşdirməkdə ittiham edib.
Reuters xəbər verir ki, o, bu barədə İspaniyanın Valyadolid Universitetində çıxışı zamanı deyib. Diplomat izah edib ki, bu yolla Təl-Əviv Fələstinin Milli Azadlıq Hərəkatının rəhbərlik etdiyi o vaxtkı administrasiyasını zəiflətməyə çalışıb.

Borrelin sözlərinə görə, regionda münaqişənin həlli üçün yeganə sülh yolu ayrıca Fələstin dövlətinin yaradılmasıdır, lakin “İsrail mənfi variantda israrlıdır”.

“Biz yalnız kənardan tətbiq edilən iki dövlətli həllin sülh gətirəcəyinə inanırıq”.

Qeyd edək ki, İsrail hakimiyyətinin əleyhdarları və bəzi dünya mediaları uzun müddətdir Təl-Əvivi HƏMAS-a dəstək verməkdə ittiham edirlər. Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu bu ittihamları dəfələrlə rədd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti