ABŞ Senatı şatdaunun qarşısını alan qətnamə qəbul edib

ABŞ Senatı şatdaunun qarşısını alan qətnamə qəbul edib
  18 Yanvar 2024    Oxunub:976
ABŞ Senatı 2024-cü ilin martına qədər hökumətin bağlanmasının qarşısını almaq üçün qətnamə qəbul edib.
Belə ki, Senat ölkənin federal hökumətinin bəzi strukturlarının maliyyələşdirilməsinin martın 1-dək, digərlərinin isə martın 8-dək uzadılması təşəbbüsünü təsdiqləyib. Yanvarın 18-də Nümayəndələr Palatasının bu layihəni təsdiqləyəcəyi, bundan sonra sənədin ABŞ prezidenti Co Bayden tərəfindən imzalanacağı gözlənilir.

Təşəbbüs yanvarın 19-dan əvvəl, bəzi dövlət proqramları və departamentlərinin, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi tikinti, nəqliyyat və mənzil-tikinti sahələri ilə məşğul olanların işinin davamlı maliyyələşdirilməsi haqqında qanunun müddəti bitənə qədər təsdiqlənməlidir.


AzVision.az


Teqlər:





Xəbər lenti