NATO: "Ukrayna cəbhəsində möcüzə gözləmək lazım deyil"

  NATO:  "Ukrayna cəbhəsində möcüzə gözləmək lazım deyil"
  18 Yanvar 2024    Oxunub:1173
Ukrayna cəbhəsində möcüzə baş verməyəcək, bütün tərəflər üçün çətin olacaq.
AzVision.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri Rob Bauer yanvarın 17-18-də alyansa üzv ölkələrin və İsveçin baş qərargah rəislərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Hesab etmirəm ki, hər hansı tərəf üçün möcüzə gözləmək lazım dır, hər iki xalq fürsət axtaracaq. Möcüzə gözləmirəm. Çətin olacaq, Ukraynanı dəstəkləməliyik".

Bauer təsdiqləyib ki, Hərbi Komitənin iclası çərçivəsində Ukrayna-NATO Şurasının iclası keçirilib və bu iclasda Kiyev alyansı cəbhədəki vəziyyətlə bağlı məlumatlandırıb. "Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, hazırda döyüşlərin intensivləşməsi müşahidə olunur. Rusiyanın hərəkətləri dağıdıcı olsa da, hərbi baxımdan effektiv deyil", - o bildirib.

Komitə rəhbərinin sözlərinə görə, iclasın bütün iştirakçıları özünümüdafiə üçün ukraynalı bacı və qardaşlara kömək etmək öhdəliyini təsdiqləyib: "Bu, xeyriyyəçilik deyil. Ukraynaya dəstək bizim öz təhlükəsizliyimizə birbaşa sərmayədir. Danışıqlar vasitəsilə uzunmüddətli nəticə əldə etməyin yeganə variantı Ukraynanın döyüş meydanında mövqelərini gücləndirməkdir", - o hesab edir.

AzVision.az


Teqlər:





Xəbər lenti