"İsrail xalqı fələstinlilərlə sülh danışıqlarına hazır deyil" - Prezident
“Hazırda ağlı başında olan heç kim sülh sazişlərinin həllinin nə olacağı barədə düşünmək istəmir, çünki hamı bilmək istəyir ki, bizə gələcəkdə real təhlükəsizlik vəd edilə bilinəcək ya yox. İsraillilər bilmək istəyirlər ki, onlara eyni şəkildə hücum edilməyəcək”.
Onun sözlərinə görə, İsrail xalqı qonşuları tərəfindən “terrorun təriflənməsi”nə görə sülh danışıqlarına inamını itirib.
Qeyd edək ki, iktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladıldı. Məqsəd girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi idi.
AzVision.az
Teqlər: