Bakı-Ağstafa dəmir yolu marşrutu üzrə axşam reysləri təyin edilib

Bakı-Ağstafa dəmir yolu marşrutu üzrə axşam reysləri təyin edilib
  09 Yanvar 2024    Oxunub:841
ADY sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftənin cümə günləri Bakıdan axşam reysləri təyin edir.
AzVision.az xəbər verir ki, oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı:

12, 19, 26 yanvar və 2 fevral tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya,

14, 21, 28 yanvar və 4 fevral tarixlərində saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti