İran kəşfiyyatı: “Partlayışlarda Tacikistandan olan şəxsin əli var”

   İran kəşfiyyatı:    “Partlayışlarda Tacikistandan olan şəxsin əli var”
  06 Yanvar 2024    Oxunub:1103
İranın Kirman şəhərində qəbiristanlıqda terror aktı törədən şəxslərdən birinin kimliyi müəyyənləşdirilib.
Tacikistan KİV-i xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Əldə olan məlumata görə, terrorçu-kamikadze Tacikistan vətəndaşı olub.

“İki terrorçu-kamikadzedən birinin Tacikistan vətəndaşlığı var, ikincinin şəxsiyyəti hələ dəqiq müəyyən edilməyib”, - qurumun açıqlamasında deyilir.

Qeyd olunub ki, bu terror aktına görə ölkənin 6 vilayətində 12 şübhəli həbs edilib.

Xatırladaq ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən matəm yürüşü zamanı terror aktları törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb.
AzVision.az



Teqlər:





Xəbər lenti