Kadırov: "Ailə üzvlərimə qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, əsirləri təhvil verəcəyik"

      Kadırov: "Ailə üzvlərimə qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, əsirləri təhvil verəcəyik"
  05 Yanvar 2024    Oxunub:1440
Çeçenistan rəhbəri Ramzan Kadırov ukraynalı əsirlərin müqabilində sanksiyaların ləğvini təklif edib.
AzVision.az "Gazeta.Ru"ya istinadən xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov ailə üzvlərinə tətbiq edilən "absurd sanksiyalar"ın ləğv edilməsi üçün 20 ukraynalı əsirin siyahısını Qroznıya gələn ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş zabiti Skot Ritterə təqdim edib.

O, Qroznıda təhlükəsizlik qüvvələrin toplantısı zamanı bu təklifi səsləndirərkən əsirlərin videomüraciəti də nümayiş olunub.

"Şərtləri yerinə yetirsəniz, 20 əsgər öz evinə qayıdacaq", - videoda əsirlərdən biri deyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən həftə ərzində 13 ukraynalı hərbçinin Rusiya Silahlı Qüvvələrinə təslim olması barədə bəyanat verib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kadırov   Ukrayna   sanksiya   ABŞ   Rusiya   əsirlər  





Xəbər lenti