Ərdoğan: “2023-cü ildəki ixracatımız rekord həddə çatıb”
“İlin sonunda ixracatımız 0,6% artaraq 255,809 milyon dollara yüksəlib və Cümhuriyyət tariximizin rekordunu qırıb”, - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, ixracın artımı baxımından Türkiyə ortamüddətli iqtisadi inkişaf proqramında qarşıya qoyulan hədəfləri üstələyib.
Eyni zamanda Türkiyə lideri əlavə edib ki, ölkəsi ötən ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinə görə təxminən 6 milyard dollar itirib. Ümumi zərər isə 104 milyard dollar təşkil edib.
AzVision.az
Teqlər: