Azərbaycana turist axını azalıb

Azərbaycana turist axını azalıb
  24 Mart 2025    Oxunub:1065
Bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
AzVision.az Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verir ki, bu barədə qurumun tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın növbəti iclasında məlumat verilib.

İclasda 2025-ci ildə turizm sektorunun vəziyyəti, qarşıdakı gözləntilər müzakirə edilib. Bildirilib ki, 2024-cü ildə ölkəyə turist axını 2023-cü il ilə müqayisədə 30 % çox olsa da, 2019-cu il səviyyəsinə çatmayıb.

Komissiyanın sədr müavini Ceyhun Aşurov regional turizmin inkişafı üçün təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəyə daha çox turistin gəlməsi üçün daha çox səbəblər yaratmaq lazımdır.

Azərbaycanın 8 beynəlxalq hava limanından yalnız birinin – Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun effektiv işlədiyini diqqətə çatdıran C.Aşurov ölkənin regionlarındakı hava limanlarının inkişafının vacibliyini qeyd edib.
AzVision.az



Teqlər:





Xəbər lenti