İrəvanda məmur özbaşınalığına qarşı aksiya keçirilir - VİDEO

   İrəvanda məmur özbaşınalığına qarşı aksiya keçirilir  - VİDEO
  24 Mart 2025    Oxunub:1157
İrəvanın ətrafında yerləşən Vardaşen məhəlləsindəki yataqxanalarda yaşayan sakinlər etiraz aksiyası keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, narazı kütlə bazar ertəsi paytaxt meriyasının qarşısına toplaşıblar. Etirazçılar şəhər administrasiyasının qarşısındakı Argişti küçəsini bağlayıblar.

Narazı sakinlər yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu bildirərək, şəhər rəhbərliyindən vədlərinin yerinə yetirilməsini və evlə təmin olunmasını tələb ediblər.

İrəvan meriyası tətilə qoşulan sürücüləri kütləvi şəkildə işdən qovur
Bizim problem və istəklərimiz həll olunmamış qalır. Qoy bundan sonra da bizi aldatmasınlar. Sakinləri yalnız quru, boş vədlərlə "yedizdirirlər",- aksiya iştirakçılarından biri Asmik Ambartsumyan məmur özbaşınalıqlarından gileylənib.

Digər aksiya iştirakçısı Anait Qriqoryan isə qeyd edib ki, onlar problemin operativ həlli üçün mer və ya vitse-merlə görüş tələb edirlər.

Saytlar narazı kütlənin qarşısının alınması üçün əraziyə xeyli sayda polisin cəlb edildiyini yazıblar.

“Eşitdilər ki, biz etiraz olaraq yolayrıcını bağlamaq istəyirik, dərhal bu polisləri, xüsusi dəstəni bura gətirdilər” – aksiya iştirakçılarından biri jurnalistlərə deyib.

Məlumata görə, sakinlər növbəti etiraz addımı kimi Qriqor Lusavoriç küçəsi ilə kəsişmənin bağlanmasını planlaşdırırlar. Etirazçılar mer Tiqran Avinyandan seçkilərdə verdiyi vədini yerinə yetirməsini və onlara yeni mənzillərin verilməsini tələb edirlər.

"68-a" nömrəli yataqxana binasının sakinlərinin bundan əvvəlki aksiyası martın 19-da baş tutmuşdu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya   Etiraz  





Xəbər lenti