Tramp: "Putini ancaq özüm dayandıra bilərəm"

Tramp: "Putini ancaq özüm dayandıra bilərəm"
  23 Mart 2025    Oxunub:1268
ABŞ prezidenti Donald Trump, " Outclick " saytına müsahibəsində Ukraynadakı müharibəni yalnız özünün dayandıra biləcəyini və "münaqişənin gərginləşməsinin qarşısının alınması cəhdlərinin az-çox nəzarət altına alındığını" bildirib.
"Məncə, dünyada məndən başqa Putini dayandıra biləcək bir adam yoxdur. Və düşünürəm ki, mən onu dayandıra bilərəm... Biz çox rasional müzakirələr aparmışıq və mən sadəcə insan tələfatına son qoyulmasını istəyirəm " -, Tramp deyib.

Xatırladaq ki, bir müddət əvvəl Trampın xüsusi elçisi Stiv Uitkof Putinin barəsində "o, pis oğlan" deyil demişdi və Rusiya prezidentini "böyük" lider kimi dəyərləndirmişdi.

Ötən həftə Dobald Tramp Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda danışıqlar aparıb və nəticədə Rusiya lideri Ukraynanın enerji infrastrukturuna hücumları 30 gün müddətinə dayandırmağa razılaşıb. Razılaşmaya baxmayaraq, Moskvanın Ukraynaya hücumları son bir neçə gündür ki, davam edir.

Şənbə günü Xarkov cəbhə xəttindəki mövqelərə baş çəkən Zelenski, bu gün davamlı atəşkəsə nail olmaq üçün Rusiyaya daha çox təzyiq göstərməyə çağırıb.

"Bu zərbələrə, bu müharibəyə son qoymaq üçün yeni qərarlara və Moskvaya yeni təzyiqlərə ehtiyac var", - deyə Ukrayna lideri X-də yazıb .

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti