Ukrayna yenə "Kinjal"la vuruldu: Onlarla yaralı var

Ukrayna yenə "Kinjal"la vuruldu:    Onlarla yaralı var
  02 Yanvar 2024    Oxunub:1121
Kiyev Rusiyanın kütləvi raket hücumuna məruz qalıb. Ukrayna paytaxtına “Kinjal” aeroballistik səsdən sürətli raketləri atıb. Nəticədə binalara zərər dəyib, yanğınlar baş verib.
Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücumlar nəticəsində azı 12 nəfər yaralanıb.

Sakinlər kütləvi hücumlardan qorunmaq üçün metro stansiyalarına sığınıblar.

Bundan başqa, Xarkovun mərkəzindəki yaşayış massivlərinə də bir neçə zərbə olub: yaşayış binalarına və avtomobillərə ciddi ziyan dəyib.

Son məlumatlara görə, azı 41 nəfər yaralanıb.
AzVision.az



Teqlər:





Xəbər lenti