Avropa ölkələri bu preparatlara görə milyardlarla dollar itirəcək
Bildirilir ki, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi ölkələr ABŞ-nin “Pfizer” şirkətinin vaxtı keçmiş “Paxlovid” peyvəndləri səbəbindən artıq təxminən 1,1 milyard dollar itirib. Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı 3,1 milyon kursa çatacaq. Bu, əhalinin dərman vasitələrinə əlçatanlığına ciddi nəzarət və bazar ehtiyaclarının həddindən artıq qiymətləndirilməsi ilə əlaqələndirilir.
Daha əvvəl bildirilmişdi ki, Aİ ölkələri ümumi dəyəri dörd milyard avro olan minimum 215 milyon doza koronavirus peyvəndini yararsız olduqları üçün tullayıb.
AzVision.az
Teqlər: