İsrail 2500-dən çox yaraqlını həbs edib
Saxlanılanlardan təxminən 1300-ü HƏMAS-ın üzvüdür. Qeyd olunub ki, ötən gün İsrail Müdafiə Qüvvələri, İsrail Təhlükəsizlik Agentliyi və Sərhəd Polisi İordan çayının qərb sahilində axtarışda olan 10 nəfəri həbs edib və çoxlu silah-sursat müsadirə edib.
Həbslər Qüds yaxınlığındakı Katanna qəsəbəsində, Nablus şəhəri yaxınlığında yerləşən Beyt-İba kəndində və Hebron şəhəri yaxınlığındakı Bəni-Nəim qəsəbəsində aparılıb. Terrorçuların vəsaitlərinin də müsadirə edildiyi qeyd edilib.
AzVision.az
Teqlər: