HƏMAS-ın girov saxladığı Macarıstan vətəndaşı ölü tapılıb

HƏMAS-ın girov saxladığı Macarıstan vətəndaşı ölü tapılıb
  02 Yanvar 2024    Oxunub:925
Fələstinin radikal HƏMAS hərəkatının silahlıları tərəfindən girov saxlanılan Macarıstan vətəndaşı ölü tapılıb.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə telefon danışığından sonra deyib.

“Təəssüf ki, Ron Dermer ikili vətəndaşlığı olan girovun cəsədinin tapılması ilə bağlı mətbuatda yayılan kədərli xəbəri təsdiqləyib”, - XİN rəhbəri bildirib.

Nazir həmin şəxsin adının nə olduğunu və hansı şəraitdə öldüyünü açıqlamayıb.

Eyni zamanda o qeyd edib ki, Macarıstan vətəndaşlığı olan daha bir şəxs HƏMAS tərəfindən girovluqdadır və hökumət onun azad edilməsi üçün səylərini davam etdirir. Bundan əvvəl Qətərin vasitəçiliyi ilə Fələstin radikalları tərəfindən əsir götürülən iki uşaq da daxil olmaqla üç Macarıstan vətəndaşı azad edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti