Müəllimlərin imtahan BİABIRÇILIĞI

Müəllimlərin imtahan BİABIRÇILIĞI
  20 İyun 2014    Oxunub:1338
10-13 iyun 2014-cü il tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi keçirilib və bu gün imtahan nəticələri açıqlanıb.

Lakin, bəzi müəllimlər cavab kartlarının doldurulmasında səhvlərə yol veriblər və bu da nəticələrin saytda yerləşdirilməsinə problem yaradıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, əksər müəllimlər məktəb kodu əvəzinə məktəbin nömrəsini, təvəllüd ili əvəzinə gün, ay, ildən ibarət rəqəmləri daxil ediblər:

“Bir neçə məsələni qeyd etmək istərdik: 1. Suallar və onların düzgün cavabları əvvəldən bildirildiyi kimi BŞTİ-nin saytında yerləşdiriləcək (növbəti həftə ərzində)

2. Təəssüf ki, bir sıra müəllimlər tərəfindən cavab kartlarının doldurulmasında buraxılan (və BŞTİ-nin əməkdaşlarının yuxusuz gecələr və istirahətsiz günlər keçirməsinə səbəb olan) səhvlər hazırda cavab nəticələrinin öyrənilməsi üçün yaradılan bölmənin doldurulmasında da təkrarlanır (gələn müraciətlərin təhlili onu göstərir ki, əksər müəllimlər məktəb KODu əvəzinə məktəbin NÖMRƏsini, təvəllüd ili əvəzinə gün, ay, ildən ibarət rəqəmləri daxil edirlər). Diqqətli olmağa çağırırıq!!!

3. BŞTİ ilə yanaşı Nazirliyin Qaynar Xəttinin (146) əməkdaşları da müəllimlərin suallarını cavablandırmağa hazırdır.

4. Ən son müşahidə isə odur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Facebook səhifəsində səhifəsində ən çox hay-küy qaldıran "müəllimlər" əsasən zəif və ya çox zəif nəticələr göstərmiş fərdlərdir.

Qeyd edək ki,4 gün davam edən Sınaq Qiymətləndirilmə 30 mərkəzdə təşkil olunub. Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 000-ə qədər müəllim (ümümi kontingentin 95%-dən çoxu) imtahanda iştirak edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti