2023-cü ildə qiyməti ən çox bahalaşan futbolçular onlar oldular

   2023-cü ildə qiyməti ən çox bahalaşan futbolçular onlar oldular
  29 Dekabr 2023    Oxunub:1660
Transfermarkt internet portalı özünün Telegram kanalında 2023-cü ildə transfer dəyərini ən çox artıran futbolçuların reytinqini dərc edib.
AzVision.az xəbər verir ki, siyahıya “Real"ın (Madrid) yarımmüdafiəçisi Cud Bellinqem başçılıq edir. Onun dəyəri 70 milyon avro artaraq 180 milyona çatıb.

Birinci yerdə dövlət başçısının 2024-cü ildə yeni müddətə yenidən seçilmək niyyəti barədə bəyanatı olub.

Qeyd edək ki, bu siyahı transfer məsələləri üzrə ixsisaslasmış saytın ekspertləri tərəfindən aparılmış araşdırmalara əsasən hazırlanıb.

2023-cü ildə qiyməti ən çox bahalaşan oyunçular aşağıda adları qeyd edilənlərdir:

1. Cud Bellinqem - "Real" Madrid, 180 milyon avro (+70 milyon)

2. Evan Ferqyüson - "Brayton", 65 milyon (+64 milyon)

3. Lamin Yamal - "Barselona", 60 milyon (+60 milyon)

4. Uorren Zair-Emeri - PSJ, 60 milyon (+54 milyon)

5. Moises Kaysedo - “Çelsi”, 90 milyon (+52 milyon)

6. Xavi Simons - "RB Leyptsiq" 70 milyon (+52 milyon)

7. Rasmus Hoylund - "Mançester Yunayted", 65 milyon (+50 milyon).

8. Takefusa Kubo - "Real Sosyedad", 60 milyon (+48 milyon)

9. Ceremi Doku - "Mançester Siti", 65 milyon (+47 milyon)

10. Levi Kolvill - "Çelsi", 55 milyon (+45 milyon milyon)
AzVision.az


Teqlər:





Xəbər lenti