Demokratiya üçün hür – FELYETON

Demokratiya üçün hür – FELYETON
  19 İyun 2014    Oxunub:1166
Yadınızdadır, `Eurovision` zamanı Azərbaycana ləkə yaxmaq üçün bir dəstə radikal guya kampaniya keçirirdi: `Demokratiya üçün oxu`. O vaxt ən maraqlısı bu idi ki, onların növbəti aksiyası nə olacaq?

Ən çox gözlənilən variantlar bunlar idi:

1) Demokratiya üçün qoxu – Fəal radikal gənclər tualetərdə insan haqlarının necə pozulmasını Qərbin diqqətinə çatdırmalı idilər. Amma lazım gəlmədi, bunu Leyla Yunus etdi.

2) Demokratiya üçün toxu - Üstündə radikal şüarlar yazılmış alt paltarlar toxuyub, Avropa siyasətçilərinə göndərmək nəzərdə tutulurdu. Deyəsən, bunu etdilər, amma gizli şəkildə.

3) Demokratiya üçün yuxu – Şərhsiz.

Bu minvalla kampaniyalar bir-birini əvəzləyirdi ki, qəfildən `Demokratiya üçün oxu` qafiyəsinin müəliflərindən biri olan Rəsul Cəfərov özü qafiyəni dəyişdi. O, `Demokratiya üçün hür` qafiyəsi açdı və ilk addımı da özü atdı - azmış itlərin tapılmas üçün GPS-xaltalar var ha, onlardan birini taxaraq, “Natalia Project” layihəsinə qoşuldu.

Bu GPS-xaltaların mənası budur ki, itin harada olması barədə onun sahibinə siqnal göndərir. Sahibi də gedib, itinə yiyə durur. İndi Rəsul Cəfərov həmin GPS-bilərsizklərdən birini qoluna taxıb ki, işdir azıb-eləsə, Qərbdəki sahibləri onu tapıb yiyə dura bilsinlər.

Birdən elə bilərsiniz ki, zarafat-zad edirik... İnanmayan özü buradan oxuya bilər. Bu `Natalia Project` nə düşünür, bilmirəm, amma Natalya kimdirsə, ağıllı cividir. Yəqin, sado-mazo həvəskarıdır, yoxsa cavan oğlanların boynuna xalta bağlatmaq nəyinə lazım idi? İndi kimsə durub ağıllı- ağıllı deyə bilər ki, `despotik rejimlərin oğurladığı hüquq müdafiəçilərini tapmaq üçün–filan...` Hadi ordan! `Despotik rejimlər` dediyiniz quruluşları əgər doğrudan görsəydiniz, bilərdiniz ki, onlar xalta taxmış cavanlarla gizlənpaç oynamırlar. Əgər kimisə oğurlamaq lazım gələndə bir xalta bunun qabağını alsaydı, onda nə var idi ki? Adamı dirigözlü oğurlayanlar bəyəm onun xaltasını və ya qolbağını özündən qabaq itirə bilməzlər ki? Bunlar boş söhbətlərdir.

Məsələnin əsl mahiyyəti budur: demokratiya üçün hür! Sahibinin qabağında indiyə qədər quyruq bulayırdın, amma bu, azdır. GPS-xalta də tax ki, müasir görünəsən, yiyənin kim olduğu bilinsin. Yəqin, bundan sonra yüksək texnoloji yal da göndərərlər...

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti