"Avtobus zolaqlarına girənlərlə bağlı sərt cəzalar tətbiq ediləcək" - Nazir müavini

   "Avtobus zolaqlarına girənlərlə bağlı sərt cəzalar tətbiq ediləcək" -    Nazir müavini
  18 Dekabr 2023    Oxunub:1440
"Mövcud avtobus zolaqlarında əsas problemlərdən biri digər nəqliyyat vasitələrinin davamlı olaraq ora daxil olmasıdır".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib. O qeyd edib ki, avtobus zolaqlarına olan girişlərin qarşısı ciddi şəkildə alınmalıdır.

"Belə olan halda zolaqların effektivliyi itir. Hansısa avtobus dayanacağından parklanma yeri kimi istifadə edirlər. Belə halların qarşısını almaq üçün sərt cəzaların tətbiq edilməsi nəzərdə tutulur. Bura cəzalarla yanaşı, balların artırılması da daxil olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti