Aydın Bəşirov: “Mən ona “Mamed” deyirdim”

Aydın Bəşirov: “Mən ona “Mamed” deyirdim”
  19 İyun 2014    Oxunub:4632
Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”) baş həkimi Məhəmməd Ramazanovun vəzifəsindən azad olunmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, A.Bəşirov Publika.az-a açıqlamasında sözügedən hadisədən xəbərsiz olduğunu söyləyib:

“Onu tanıyıram, “Tərəqqi” medalı da alıb. Yaxşı həkim olub. Oğlu da yaxşı həkimdir. Mən ona həmişə “Mamed” deyirdim. O çoxdandır ki, orada işləyirdi. Bildiyim qədər o yeni yaradılan qurumda müavin qalmışdı”.

A.Bəşirov Məhəmməd Ramazanovun onun kadrı hesab olunması məsələsinə də aydınlıq gətirib:

“Məmməd Ramazanov 20 ilə yaxındır ki, orada işləyib. Məgər mən Tibb Universitetinin rektoruyam ki, o da mənim kadrım olsun? O neçə illərdir ki, orada işləyib. Məmməd yaxşı işçi idi, oğlu da yaxşı həkimdir. Oğluna işə də mən götürmüşəm”.

Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”) baş həkiminin işdən çıxarılması ilə bağlı AzNews.az-a məlumat daxil olub.

Bildirilir ki, Məhəmməd Ramazanov Səhmdar Cəmiyyətin rəisi Rauf Vəliyevin istəyinə uyğun olaraq vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Gerasim Rüstəmov təyin edilib.


Teqlər:





Xəbər lenti