"İlin sonuna sərnişin dövriyyəsi 5,7 milyonu keçəcək" - Teymur Həsənov
O qeyd edib ki, ilin sonuna qədər sərnişin axını 2019-cu ilin göstəricisindən 20 % çox olacağı və 5,7 milyonu ötəcəyi gözlənilir.
Payız-qış uçuş mövsümündə Bakıdan 70 yaxın şəhərə 36 aviaşirkətin uçuşlar həyata keçirdiyini vurğulayan T.Həsənov mövcud tərəfdaşlardan 17-nin aşağıbüdcəli aviadaşıyıcı olduğunu bildirib. O, əlavə edib ki, Bakıdan uçuşlar yerinə yetirilən populyar istiqamətlərdə yalnız bir aviaşirkətin xidmət göstərdiyi marşrut qalmayıb və beləliklə, sərnişinlərə daha çox seçim imkanı verilib.
AzVision.az
Teqlər: