Döyülən uşağın müəllimi işdən qovuldu

Döyülən uşağın müəllimi işdən qovuldu
  19 İyun 2014    Oxunub:912
Azərbaycan Təhsil Nazirliyi dövlət uşaq müəssisələrində uşaqların saxlanması vəziyyətini qiymətləndirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən dövlət uşaq müəssisələrində hər il monitorinqlər keçirilir. Bununla yanaşı, Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2013-cü il 12 aprel tarixli iclasının qərarına əsasən, 2013-cü il tarixində dövlət uşaq müəssisələrində monitorinqlərin aparılması üçün aidiyyəti qurumların məsul nümayəndələrindən ibarət ekspert qrupu yaradılıb. Qrup tərəfindən dövlət uşaq müəssisələrində 2013-cü ilin mart-noyabr ayları üzrə nəzərdə tutulan monitorinqlər təsdiq olunmuş cədvələ uyğun aparılıb.

Bundan əlavə, Azərbaycan Təhsil Nazirliyinin əmri ilə nazirliyin sistemində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində uşaqların saxlanması vəziyyətinin öyrənilməsi məqsədilə Monitorinq Qrupu yaradılıb və qrup tərəfindən 2013-cü ilin iyul ayından internat məktəblərində monitorinq keçirilib.

Monitorinq zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir.

Nazirlik bildirir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin əmək hazırlığı müəllimi Aidə Hüseynova antipedaqoji hərəkətlərə yol verdiyi üçün Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun 2013-cü il 8 noyabr tarixli 287c-13 nömrəli təqdimatına və Suraxanı rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2013-cü il 17 sentyabr tarixli qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Dövlət uşaq müəssisələrində videokameralar quraşdırıldıqdan sonra həmin müəssisələrdə uşaqların saxlanması vəziyyəti, onlara göstərilən xidmətlə bağlı hər hansı neqativ halın aşkarlanıb-aşkarlanmamasına gəldikdə, Təhsil Nazirliyi bildirib ki, aparılan çoxsaylı monitorinqlər zamanı internat məktəblərində uşaqların saxlanılması vəziyyəti və onlara göstərilən xidmətlə bağlı neqativ hal aşkarlanmayıb.


Teqlər:





Xəbər lenti