İmtahan nəticələri nə vaxt açıqlanacaq?

İmtahan nəticələri nə vaxt açıqlanacaq?
  18 İyun 2014    Oxunub:1005
TQDK iyun ayının 18-də növbəti buraxılış imtahanları keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Həmin rayonlarda imtahanların keçirilməsi üçün 56 imtahan mərkəzi ayrılıb, saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri üçün imtahan başlanmış və 2 saat ərzində davam edib.

TQDK 18 iyun tarixində həmçinin Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün də buraxılış imtahanları keçirib.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub . Bütün imtahan binalarında şagirlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün normal imtahan şəraiti yaradılıb. Sabahdan başlayaraq Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti